Süni İntellektə əsaslanan işə qəbul platforması OneNewOne dünya nəhəngləri ilə rəqabət etməyə hazırlaşır. Təqdim etdiyi xidmət ilə Türkiyədə tək olan və 2 milyon dollar dəyərləndirilməsi alan şirkətin prioritet hədəfi bütün Avropaya yayılmaqdır. Şirkətin qurucusu Tunç Erman, platforma vasitəsilə CV-lərin dəqiqələr içində təsnif edildiyini, uyğunlaşdırıldığını və “Ağıllı Mülakat” modulu ilə ilkin görüşlərin keçirildiyini bildirib: “Süni İntellekt işə girməzdən əvvəl İK işçilərinin 100 nəfəri işə götürmək üçün 3,500 telefon görüşməsi etməsi lazım idi. Bu metodla işə qəbul prosesinin dünya ortalaması 42 gün idi. Hal-hazırda isə OneNewOne texnologiyası ilə fərqli formatlardakı namizəd bazalarını saniyələr içində inteqrasiya edirik.
Ağıllı təsnifat və ağıllı uyğunlaşdırma xüsusiyyətləri ilə təxminən 1,6 milyon namizəd arasında ən doğru şəxsi tapırıq. Süni İntellekt, tələb olunan namizəd ilə o işin mütəxəssisi kimi yazılı və şifahi mülakat keçirir. İşəgötürənin istədiyi vəzifəyə ən uyğun namizəd təxminən 2 saat içində iş başı edə bilir. Süni İntellektin işə yerləşdirdiyi bu şəxsin ən doğru insan olma nisbəti 90%-dir. Klassik metodlarla aparılan işə qəbulda isə bu nisbəti tutmaq üçün yalnız bir İK işçisinin üç il müddətində sıx bir təlim keçməsi lazımdır,” deyə o qeyd edib.
OneNewOne “Ağıllı Ücret Modulu” ilə də İK mütəxəssislərinə doğru təkliflər verdiklərini bildirən Erman, “Süni İntellekt namizədin malik olduğu bacarıq, təcrübə dəsti və oxşar vəzifələrdəki namizədlərin ortalamasına baxaraq əmək haqqı təklifində bulunur,” dedi. Erman, dünyada işə qəbul bazarının 36 milyard dollar böyüklüyə çatdığına diqqət çəkərək bunları qeyd etdi: “Türkiyədə bu rəqəm 300 milyon dollar səviyyələrindədir. Dünyaya açılma hədəfimizdə ilk addım olaraq Londonda bir şirkət qurmuşuq. Hazırda Macarıstanla intensiv çalışırıq. Qısa müddət əvvəl Yunanıstan və Bolqarıstan bazarlarına girdik. Çox yaxın bir zamanda Almaniyada olacağıq. OneNewOne süni intellekti hal-hazırda Türk, İngilis, Macar, Bolqar və Rumca xidmət verə bilir.**
Davami Ekonomist’də…